Baş verən zəlzələləri hiss etmək insan üçün çətin olsa da, heyvanların bunu hiss etməsinə dair bir çox məlumatlar var. Bəs həqiqətənmi heyvanlar zəlzələni öncədən hiss edə bilir?
Lent.az xəbər verir ki, tarixdə bununla bağlı məlumatlar əsrlər boyu mövcuddur. Quşlar, delfinlər, balıqlar və balinalar kimi köç edən bir çox heyvan dünyanın elektromaqnit ərazilərindəki dəyişiklikləri xəritə kimi istifadə edir.
Elmi araşdırmalarda heyvanların instinktlərinin insanların hisslərindən də qüvvətli olduğuna dair xeyli sübutlar var.
Belə ki, itlər insanda xərçəng və şəkər xəstəliklərini aşkarlaya bilir. Hətta insanlarda tezliklə ürəktutması və insultun baş verəcəyini belə hiss edir. Pişiklərdə isə “üçüncü göz” deyilən pineal bezin olduğuna görə insanların göz ilə görə bilmədiyi varlıqları, pis qüvvələri görə bilir.
Heyvanlar zəlzələni də hiss edə bilir və bu, Çində sübuta yetirilib. Yəni ev heyvanları zəlzələ baş verməzdən günlər, hətta həftələr öncə qəribə davranışlar göstərir.
Məsələn, quşlar havada dövrə vurur, itlər qəfildən yerində dayanaraq ulayır, sahibini izləyib onu xəbərdar etməyə çalışır. Pişiklər gizlənməyə və çölə qaçmağa çalışırlar, balıqlar isə sudan quruya atlanır və sürətli hərəkətlər etməyə başlayırlar.