2018-ci ildə dərc olunmuş kataloqa əsasən, dünyada 7097 dil var.
Bəs ən çox yayılan dil hansıdır?
Lent.az arici KİV-ə istinadən bu barədə məlumat verir.
Yəqin ki, ağlınıza gələn ilk dil Çin dilidir. Əhalisinin sayını nəzərə alsaq, ağlabatan versiyadır. Əgər yayılma dedikdə, hansısa dili öz ana dili hesab edən insanların sayını nəzərdə tuturuqsa, onda Çin dili əslində birinci yerdə olacaq - bu dildə 918 milyon insan və ya faizlə demək olar ki, dünyanın 12%-i danışır.
Lakin, Çin dilində danışan bir çox insanlar üçün bu, onların ana dili deyil. İkinci dil olaraq, Çin dili bütün dünyada 200 milyon insana xidmət edir - bu dilin doğma olduğu insanların sayını nəzərə alsaq, bunun çox olmadığı ilə razılaşarsınız.
İngilis dilində vəziyyət fərqlidir: təxminən 370 milyon insan onu öz ana dili hesab edir, 978 milyondan çoxu isə ingilis dilindən ikinci dil kimi istifadə edir.
Danışanların ümumi sayını əldə etmək üçün nə etmək lazım olduğunu təxmin etmək çətin deyil - sadəcə olaraq bu dilin doğma olduğu və onu ikinci dil kimi istifadə edənlərin sayını toplamaq kifayətdir.
Beləliklə, birinci yer 1,348 milyard əhalisi olan ingilislərə, ikinci yer 1,12 milyard əhalisi olan Çinlilərə, üçüncü yer isə hindilərə (600 milyon nəfər) gedir.