Bir şəxs gündə 15-20 dəqiqədən çox porno izləyirsə, bu, asılılıq və kompulsif cinsi davranış pozğunluğunu (CRSP) göstərə bilər.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Seksoloqlar Assosiasiyasının üzvü, seksoloq Alina Maksimova açıqlama verib.
Onun sözlərinə görə, bir şəxsin cinsi impulsları idarə edə bilməməsi psixi pozğunluqla xarakterizə olunur. Əlamətlər insanın əsas həyat məqsədinə çevrilən cinsi fəaliyyətləri əhatə edə bilər.
“Pornoqrafiyaya baxmaq o zaman norma hesab oluna bilər ki, bu proses insanın sosial həyatına və onun partnyorla münasibətinə təsir göstərmir. Baxış gündə 15-20 dəqiqədən çox çəkmirsə və pornodan imtina çox narahatlığa səbəb olmur. Porno və partnyor seks arasında seçimin həmişə sonuncunun xeyrinə olması da vacibdir”, - Maksimova qeyd edib.
Bundan əlavə, mastürbasyonun 50 faiz və ya daha çoxunun porno izləmə ilə müşayiət olunmaması vacibdir. Əks halda, asılılıq və cinsi davranış pozğunluğundan şübhələnmək olar.
“O da vacibdir ki, pornoqrafiyaya baxdıqdan sonra insanda günahkarlıq hissi, orqazm və ereksiya ilə bağlı heç bir problem olmasın. Əgər pornoqrafiyaya baxmaq fərdin diqqət mərkəzinə çevrilirsə, bir film seçib ona baxmaqdansa, klipə baxmağa (müxtəlif süjetlərə keçməyə) üstünlük verilməlidir”, - Maksimova yekunlaşdırıb.