"Əsgər ayaqlarını qaşımağımı istədi, ancaq ayaqları yox idi" - 102 yaşlı qadın müharibədən danışdı
24 fevral 2023 18:40 (UTC +04:00)

"Əsgər ayaqlarını qaşımağımı istədi, ancaq ayaqları yox idi" - 102 yaşlı qadın müharibədən danışdı

102 yaşlı moskvalı Valentina Minaeva Fin müharibəsinin qəddarlığından danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 18 yaşında hərbi hospitalda tibb bacısı işləyib.

“Fin müharibəsi qısa, lakin çox qəddar oldu. İnsanlar aldıqları yaralardan çox, donmadan öldü. 1939-1940-cı illərin qışında Kareliya-Fin Muxtar Sovet Sosialist Respublikasında o qədər soyuq idi ki ... 60 dərəcədən çox şaxta var idi" deyə həmin günləri təsvir edib.

Minaevanın sözlərinə görə, o, ayaqları və qolları kəsilmiş əsgərlərə qulluq etməli idi:

“Bir əsgər ondan ayağını qaşımağımı istədi. Ancaq onun ayaqları yox idi.

Bir dəfə xəstəxanaya yanmış tanker gətirildi, içərisində də bütün bədəni yanıq olan adam. Onu çılpaq şəkildə yatağa uzandırdıq. Yalnız gözləri parıldadı, qalan hər şey od kimi idi. Və ona toxuna bilməzdik. Çünki ətrafına vedrələrlə qaynar su qoyuruq ki, donmasın. Üç gün bizimlə qaldı, dərisi bir az qurudu, sonra yanıq mərkəzinə göndərildi" deyə xatırladı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2613
avatar

Fidan İlqar

Oxşar yazılar