Dünyanın ən böyük meşəsi hansıdır? -  TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
27 may 2021 01:22 (UTC +04:00)

Dünyanın ən böyük meşəsi hansıdır? - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Planetin hər yerindəki meşələr mühüm rol oynayır. Hər şeydən əvvəl, bir çox vəhşi heyvanın, quşun, həşəratın təbii yaşayış yeri olduqlarını xatırlamağa dəyər. Adi yaşayış mühitinin yox olması bütün növlərin yox olmasına səbəb olur. Meşələr həm də bəşəriyyət üçün lazım olan oksigenin istehsalına kömək edir.

Maraqlıdır, dünyanın ən böyük meşəsi hansı hesab olunur?

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Tayqa meşəsi bu siyahıda lider olduğu ortaya çıxıb.

Bu ərazi həm Rusiyada, həm də Şimali Amerikanın müəyyən bir hissəsində yerləşir. Tayqaya Skandinaviya ölkələrində də rast gəlinə bilər.

Mütəxəssislər, Tayqanın təxminən 15 milyon kvadrat kilometr ərazi tutduğunu ehtimal edirlər.

Bir qayda olaraq, Tayqa meşələrində iynəyarpaqlılar, ladin ağacları, yosun, ardıc və bəzi digər kollar var. Tayqa bir çox yırtıcı heyvan üçün bir yaşayış yeridir.

Məsələn, ayı, vaşak, canavar, eyni zamanda maral, cüyür də var. 

Unutmayın ki, Tayqa bir neçə yüz nadir quş növü üçün də "ev"dir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10563
avatar

Oxşar yazılar