Bu ölkəyə sarı paltarda getməyin  - QOVULACAQSINIZ
03 dekabr 2024 19:59 (UTC +04:00)

Bu ölkəyə sarı paltarda getməyin - QOVULACAQSINIZ

Səyahət etməyi sevirsiniz və Malayziya planlarınızdadırsa, çamadanınıza sarı paltar yığmayın. 

Lent.az bu ölkədə tətbiq edilən maraqlı qadağadan bəhs edir.

Malayziyada sarıya qadağa qoyulması birbaşa siyasətlə bağlıdır. Malayziya xalqı korrupsioner baş nazirə qarşı 2007-ci ildə Bersih Hərəkatına başlayıblar. Malay dilində “təmiz” mənasını verən Bersihin məqsədi seçkiləri daha ədalətli və şəffaf keçirmək olub. Etirazçıların çoxu bu hərəkatı təmsil etmək üçün sarı paltar geyinməyi seçib.

2007-ci ildən sonra 2011, 2012 və 2015-ci illərdə böyük etiraz aksiyaları keçirilib və şəhərin yarısı küçələrə çıxıb. Sarı rəngli maykalar geyilib, baş bandı taxılıb, hamısı Bersih deyib. Bəzi şirkətlər hətta bu hərəkatdan sərvət də qazanıblar.

O zamankı hökumət rəhbəri Nəcib Tun Razak sarı rəngi üsyan və müxalifətin simvolu kimi qəbul edərək, fərman verib. İçərisində Bersih sözü olan hər hansı sarı paltar, mitinqə səbəb olacaq digər çap materialları və vərəqələr qadağan edilib.

2018-ci ildə hərəkata başlayanlar məqsədlərinə çatdılar. Baş nazir seçkidə uduzdu və iki il sonra mühakimə olundu. Lakin bu, sarı qadağaya təsir etməyib və onun fərmanı ləğv edilməyib.

Bu qayda təkcə malayziyalılara deyil, turistlərə də aiddir. Əgər kimsə küçədə sarı paltar geyinirsə, o, polis tərəfindən saxlanıla, xeyli miqdarda cərimə və bəzi hallarda həbs oluna bilər. Bundan əlavə, əcnəbilər də deportasiyaya məruz qalırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar