Bu səhər aeroport yolunda 1 nəfərin öldüyü qəzanın GÖRÜNTÜLƏRİ
16 avqust 2025 13:26 (UTC +04:00)

Bu səhər aeroport yolunda 1 nəfərin öldüyü qəzanın GÖRÜNTÜLƏRİ

Yollarda nəqliyyat vasitəsində texniki nasazlıq yaranan hər bir sürücü əvvəlcə təhlükəsizlik tədbiri görməlidir. Bu bir vəzifə borcu olmaqla yanaşı, özü və digərlərinin həyatı üçün də önəmlidir.

Lent.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırovun sözlərinə görə, təəssüflər olsun ki, bu gün səhər saatlarında Suraxanı rayonu, Aeroport şosesində sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizlik etməsi ağır qəzanın baş verməsinə səbəb olub:

"Belə ki, müşahidə kamerasının görüntüsünə əsasən deyə bilərəm ki, minik avtomobilində texniki nasazlıq yarandığından sürücü yolun kənarında nasazlığı aradan qaldırmağa çalışıb. Ancaq heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi və hərəkətdə olan digər avtomobilin sürücüsünün diqqətsizlik etməsi ağır qəzanın qeydə alınması və nasazlıq yaranan avtomobilin sürücüsünün həyatını itirməsi ilə nəticələndi.

Müşahidələr onu deməyə əsas verir ki, avtomobilində nasazlıq yaranan sürücülərin bəziləri yollarda təhlükəsizlik qaydalarına əməl etmirlər. Bunu nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücülərə müraciət edərək bildirir ki, avtomobildə texniki nasazlıq yarandıqda qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir. Eyni zamanda hərəkətdə olan digər sürücülər ara məsafəsi saxlamalı, nəqliyyat vasitəsini sürətlə idarə etməməli və yollarda diqqətli olmalıdırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar