Rusiya və ABŞ prezidentləri mətbuat konfransında çıxış edib
16 avqust 2025 03:38 (UTC +04:00)

Rusiya və ABŞ prezidentləri mətbuat konfransında çıxış edib

Tezliklə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın mətbuat konfransı başlayıb.

APA xəbər verir ki, ilk olaraq Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Putin, Trampla çox yaxşı birbaşa əlaqələr qurduğunu bildirib. Putin həmçinin əmin olduğunu bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı.

O Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu, nə qədər qəribə səslənsə də Ukrayna xalqını qardaş hesab etdiyini və baş verənlərin faciə və böyük ağrılı hadisə hesab etdiyini deyib.

Bundan başqa Putin Ukraynadakı münaqişəyə son qoyulacağına, Kiyevin və Avropanın böhranın həllinə mane olmayacağına ümid etdiyini deyib.

Daha sonra isə ABŞ prezidenti Donald Tramp çıxış edib. O bildirib ki, Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb və razılığa gəlmək üçün şans yüksəkdir.

Tramp Putinlə görüşünün olduqca məhsuldar olduğunu vurğulayaraq növbəti dəfə Putinlə çox yaxın zamanda danışacağını gözlədiyini bildirib.

Putinin növbəti görüşün Moskvada keçirilməsi təklifinə müsbət yanaşan Tramp bunun maraqlı təklif olduğunu deyib.

Bundan başqa Tramp Putinlə Ukrayna məsələsində bir çox məqamlarda razılaşa bildiklərini, lakin hələ də bir sıra məsələlər üzrə razılıq əldə olunmadığını bildirib.

Tramp həmçinin bildirib ki, onun fikrincə, Putin Ukrayna münaqişəsinin sona çatmasında özü qədər maraqlıdır.

Putin və Tramp mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırmayıb və görüşün nəticələri ilə bağlı açıqlamalar verdikdən sonra konfransı tərk ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302

Oxşar yazılar