Əksər rayonlara aramsız leysan yağıb  - FAKTİKİ HAVA
16 avqust 2025 10:27 (UTC +04:00)

Əksər rayonlara aramsız leysan yağıb - FAKTİKİ HAVA

0

Avqustun 16-ı saat 9-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2352

Oxşar yazılar