Bu yemək şirəli, ətirli və doyurucu alınır xüsusilə yay fəslində süfrəyə təqdim etmək üçün mükəmməldir. İstənilən qarnirlə (məsələn, düyü, bulqur, makaron) verə bilərsiniz və ya ayrı yemək kimi də çox dadlıdır.
Lent.az bu resepti təqdim edir:
Tərkibi:
Badımcan 2-3 ədəd
Toyuq budu - 6 ədəd
Soğan - 4 ədəd
Şirin bibər - 1 ədəd
Pomidor (təzə və ya öz şirəsində) - 300 q
Tomat pastası - 70 q
Paprika - 1 ç.q.
Xmeli-suneli (qarışıq ədviyyat) - 1 ç.q.
Sarımsaq - 3 diş
Duz, istiot, şəkər - zövqə görə
Acı bibər (çili) - 1 ədəd
Göyərti: keşniş, şüyüd, cəfəri, reyhan (arzuya görə)
Hazırlanması:
Badımcanları iri doğrayın, 15-20 dəqiqə duzlu suda saxlayın ki, acılığı çıxsın. Sonra suyunu süzüb kağız dəsmalla qurulayın və hər iki üzünü qızılı rəng alana qədər qızardın. Toyuq budlarını duzlayıb-istiotlayın və hər iki üzünü qızılı rəng alana qədər qızardın. Ət qızartdığınız tavada soğan və sarımsağı qovurun. Üzərinə paprika, xmeli-suneli, duz və istiot əlavə edin, qarışdırın. Sonra doğranmış bibər, pomidor və tomat pastasını əlavə edib 4-5 dəqiqə qapaqsız bişirin. Tavaya toyuq, badımcan və acı bibəri əlavə edin, qapağını örtüb 30-35 dəqiqə zəif odda bişirin. İstəyə görə doğranmış göyərti ilə bəzəyib süfrəyə verin.