Şəkidə avtomobil ağaca çırpılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Çeşməli kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 28 yaşlı Rəvanə Qurbanova və onun 2 azyaşlı övladı yüngül xəsarət alıb.