Lənkəranda içində 75 min  manat olan seyf   oğurlandı
22 sentyabr 2026 15:34 (UTC +04:00)

Lənkəranda içində 75 min manat olan seyf oğurlandı

0

Lənkəranda evdən 500 manat və içərisində 75000 manat olan seyf oğurlanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, daxil olan məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.

Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar