Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda məktəb yaxınlığındakı silahlı hücumda yaralanan şagirdlərin sayı 11-ə çatıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, iki yaralının vəziyyəti ağırdır.
Hadisədən sonra şübhəli şəxs, onun anası, atası və babası saxlanılıb.
***
12:05
Türkiyənin Manisa vilayətində liseyin qarşısında silahlı hücum baş verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında qeydə alınıb.
Məlumata görə, məktəbə ov tüfəngi ilə gələn 15 yaşlı IX sinif şagirdi bir gün əvvəl qızla bağlı mübahisə zəminində dalaşdığı şagirdləri hədəf alıb.
Hadisədən 8 nəfərin zərər çəkdiyi, yaralıların xəstəxanalara aparıldığı bildirilib. Atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.