Azərbaycana uçuşlar həyata keçirən İrana məxsus aviaşirkətlərin reysləri dayandırılır.
Lent.az bildirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
"ABŞ-ın İranna qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul edilib", - məlumatda bildirilib.(APA)