ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Maqadandan Alyaskaya uçan Vladimir Putin 19 saatlıq vaxt fərqinə görə avqustun 15-nə “qayıdıb”.
Lent.az xəbər verir ki, Putin cümə günü, avqustun 15-ni Maqadanda keçirib və günün sonunda Alyaskaya uçub.
Uçuş təxminən 4 saat çəkib və Putin Ankoricə enəndə hələ avqustun 15-i səhər saat 10:54 olub.
Beləliklə, Rusiya prezidenti Maqadandan Alyaskaya uçaraq avqustun 15-nə "qayıtıb".
Qeyd edək ki, iki bölgə arasında vaxt fərqi demək olar ki, bir gündür, xüsusən Ankoric Maqadandan 19 saat geri qalır.