Cəlilabadda müəmmalı ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Cəlilabad-Masallı yolunda qeydə alınıb.
28 yaşlı Ş.A. avtomobili yol kənarında saxlayıb və çiyələk sahələrindən çiyələk alıb. Lakin nəqliyyat vasitəsinə doğru qayıdarkən qəfil halı pisləşərək, yerə yıxılıb. Gələn təcili tibbi yardım həkimləri gənc oğlanı xəstəxanaya aparıblar. Tibb müəssisəsinə çatanda isə Ş. A.-nın artıq öldüyü məlum olub.
Faktla bağlı Cəlilabad rayonunda araşdırma aparılır.