“Ananızı öldürdüm: evə gəlin,   məni polisə  təslim edin” – 80 yaşlı kişinin şok cinayəti
21 sentyabr 2026 17:04 (UTC +04:00)

“Ananızı öldürdüm: evə gəlin, məni polisə təslim edin” – 80 yaşlı kişinin şok cinayəti

0

Türkiyənin Tekirdağ vilayətinin Kapaklı rayonunda 80 yaşlı Mehmet Ünlü mübahisə etdiyi 75 yaşlı həyat yoldaşı Fadime Ünlünü öldürdükdən sonra səhərə qədər onun yanında oturub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə gecə saat 00:00 radələrində Kapaklının Cumhuriyyət məhəlləsində, Erbay küçəsində yerləşən binada baş verib. Gecə saatlarında Mehmet Ünlü ilə həyat yoldaşı arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb.

Mübahisə zamanı Mehmet Ünlü həyat yoldaşını qarın nahiyəsindən bıçaqlayıb. Ağır yaralanan Fadime Ünlü hadisə yerində həyatını itirib.

Səhər saat 6 radələrində Mehmet Ünlü oğluna zəng edərək deyib: “Ananızı öldürdüm. Evə gəlin, məni polisə təslim edin, ananızı da dəfn edin”.

Bundan sonra hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları göndərilib. 

Mehmet Ünlü saxlanılıb. Faktla bağlı araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar