Bakıda dənizdə batanların adları məlum olub.
Lent.az xəbər verir ki, Bilgəh çimərliyində Qusar rayon sakini 2008-ci il təvəllüdlü Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə suda boğulublar.
Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
***
19 sentyabr, saat 17:45
Bakıda 2 nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində, nəzarətsiz ərazidə qeydə alınıb.
“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.