Messi cərimə zərbəsindən  75-ci qolunu vurub tarixdə  ikinci yerə   yüksəldi
21 sentyabr 2026 15:51 (UTC +04:00)

Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi

0

MLS-in müntəzəm mövsüm oyununda “İnter Mayami” evdə “San-Dieqo” ilə 2-2 hesablı heç-heçə edib.

Lent.az-ın xəbərinə görə, ev sahiblərindən Lionel Messi və Luis Suares fərqləniblər. Qonaqlardan isə Anders Dreyer iki qol vurub.

"İnter Mayami"nin kapitanı Lionel Messi birbaşa cərimə zərbəsindən qol vurub. Bu, 39 yaşlı argentinalı futbolçunun karyerasında birbaşa cərimə zərbəsindən vurduğu 75-ci qoldur. Bu göstərici onu braziliyalı Jairi (74 qol) keçərək bütün zamanların ikinci sırasına çıxarır.

Rekord 1988-2009-cu illər arasında birbaşa cərimə zərbələrindən 78 qol vuran braziliyalı Marselino Kariokaya məxsusdur.

Cərimə zərbələrinə görə tarixin ən yaxşı 10 futbolçusu

1. Marselinyo Karioka (Braziliya, 1988-2009) - 78 qol

2. Lionel Messi (Argentina, 2003-indiki) - 75

3. Jair (Braziliya, 1938-1964) - 74

4. Roberto Dinamit (Braziliya, 1971-1993) - 73

5. Junino Pernambukano (Braziliya, 1993-2013) - 72

6. Markos Assunkao (Braziliya, 1993−2016) - 68

7. Sinişa Mixayloviç (Serbiya, 1986−2006) - 67

8. Xorxe Aravena (Çili, 1978−1993) - 65

9. Kriştiano Ronaldo (Portuqaliya, 2002-indiki) - 64

10. Ziko (Braziliya, 1971−1994) – 62

Messi "İnter Mayami"də qol seriyasını doqquz oyuna qədər artırıb. 39 yaşlı argentinalı bu mövsüm "İnter Mayami"də 28 oyun keçirib, 24 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun "İnter Mayami" ilə müqaviləsi 2028-ci ilə qədərdir.

"İnter Mayami" ardıcıl dördüncü MLS oyununda heç-heçə edib və Şərq Konfransı turnir cədvəlində lider "Neşvill"dən 11 xal geridə qalaraq üçüncü yerə düşüb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar