Azərbaycanda “qara su bazarı”  - Bulaq suyu adı ilə  nə satılır?
21 sentyabr 2026 16:34 (UTC +04:00)

Azərbaycanda “qara su bazarı” - Bulaq suyu adı ilə nə satılır?

0

Azərbaycanda onlarla müxtəlif adda sular var. Plastik qablaşdırmalarda müxtəlif qiymətə təklif olunan bu suların bir çoxunun dağlardan, bulaqlardan gətirildiyi iddia olunur. Maraqlısı odur ki, bu qədər su necə və haradan gətirilir? Görəsən, ölkədə “qara su bazarı” varmı? Bulaq suyu adı ilə istehlakçıları aldadan şəxslər fəaliyyət göstərirmi?  

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, ofislərində 30 ildə yığılmış çoxlu sənaye üsulu ilə hazırlanan suların nümunəsi var:

Eyyub Hüseynov koronavirusa yoluxdu | Baku.ws Xəbər saytı - Son xəbərlər və  Hadisələr

“Coca-Cola”, “Pepsi”, cürbəcür hazırlanmış sular var. Bu, illər öncə olub. Lakin illər ərzində vəziyyət dəyişə-dəyişə gedib. Hazırda bazarın bu seqmenti sağlamlaşıb. Təsadüfi deyil ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də təxminən səkkiz ay bundan öncə suların adını çəkməklə, istehsal müəssisəsinin adını qeyd etməklə, etiket və mənşə məlumatlarını yaydı, bu sahədə müəyyən işlər aparıldı.

İstehlakçılar mənə daim zəng vururlar, deyirlər ki, bu qədər Naxçıvandan su gəlir. Bu qədər su necə gətirilir? Gərək gecə-gündüz TIR-lar növbədə olsun. Bax, bu sualın cavabını mən də hələ tapa bilməmişəm. Bu suları Azərbaycana, Naxçıvandan gətirənlər də üzə çıxıb demirlər ki, hansı intensivliklə sular daşınır.

Evlərə böyük bidonlarda gətirilən sular barədə böyük qaranlıqlar mövcuddur. Heç kəs sübut edə bilməz ki, onun bir hissəsi krandan yığılıb, bir hissəsi birbaşa mənbədəndir, digər hissəsi isə təmizlənib və sair.

Ümumiyyətlə, su müəmmalı bir şeydir. Allahın yaratdığı ən mürəkkəb materiyadır. Mən Dünya Su Konqresinin iştirakçısı olmuşam. Orada suyun ilahiliyini mən dərk etmişəm. Suyun ilahiliyindən isə su istehsalçıları tam gen-bol istifadə edirlər.

Suyun hansı orqanizmə uyğun olması məsələsi hələ elmdə araşdırılıb tapılmayıb. Bir ailənin beş üzvündən ikisi üçün bir su uyğun olar, üçü üçün isə uyğun olmaz. Ona görə də suyu daim dəyişib içmək lazımdır.

Azərbaycan şükürlər olsun ki, hazırda su ilə boldur. Onu da qeyd edim ki, biz gələcək su defisiti əsrinin ən yaxşı günlərini yaşayırıq. Mən bəlkə də bu cümləmə görə istehlakçıların böyük tənqidinə məruz qalan bir adam ola bilərəm.

Azərbaycanda suya qənaət məsələsi çox bərbad vəziyyətdədir. İstehlakçılar bu sahədə qənaətcil deyillər. Hətta xalq arasında belə bir misal da gəzir ki, “su qiymətinədir”.

Ona görə də mən tənqid hədəfi ola bilərəm, amma suyun qiyməti Tarif Şurası tərəfindən qaldırılsa, mən onu dəstəkləyəcəyəm. Yəni əhali suya qənaət etməlidir. Ölkədə sudan qənaətsiz istifadə ilə bağlı böyük problem yaşanır.

Su az məhsullardan biridir ki, ölkədə onun bir litri 40 qəpiyə də, 9 manata da satılır. Əhali məndən soruşur ki, “Eyyub müəllim, bunun içərisində nə var? H₂O-dursa, burada nə var?”

Yəni suyun ilahiliyindən biznes qurumları da bu cür sui-istifadə edirlər. Qeyd etdiyim kimi bu bazar getdikcə sağlamlaşır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bunu nəzarətdə saxlayır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar