Narkotik çəkib polisə tabe olmadı, həbs olundu
16 avqust 2025 15:09 (UTC +04:00)

Narkotik çəkib polisə tabe olmadı, həbs olundu

Ağsuda “Toyota” markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. 

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb. Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyənləşib. 

F.İsgəndərzadə barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar