"Barselona" yeni qapıçısını  qeydiyyatdan keçirdi
16 avqust 2025 16:40 (UTC +04:00)

"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi

“Barselona” qapıçı Joan Qarsiyanı qeydiyyatdan keçirib.

Lent.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytında məlumat verilib.

24 yaşlı ispaniyalı futbolçu avqustun 16-da keçiriləcək 1-ci turda “Mayorka”ya qarşı oyunda iştirak edə biləcək.

Qarsiya 2025-ci ilin yayında “Barselona”ya qoşulub. Ötən mövsümdə o, “Espanyol”un heyətində bütün turnirlərdə 38 oyun keçirib, 51 qol buraxıb və 8 görüşdə qapısını toxunulmaz saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar