Rusiyada küçədə dəhşətli qətl hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Volqaqrad vilayətinin Kamışin şəhərində qeydə alınıb.
Şəhər sakini 47 yaşlı Sergey K. federal hakim 40 yaşlı Vasili Vetlugini məhkəmə binasının yaxınlığında güllələyib. Yerə yıxılan hakimə yaxınlaşaraq, əvvəlcə tüfənglə zərbələr vurub. Sonra isə dəfələrlə bıçaqlayıb və cinsi orqanını kəsərək ağzına qoyub. Qatil bununla da kifayətlənməyib. Əlindəki bıçağı son olaraq, ölən hakimin gözünə soxub və çıxıb gedib.
Görüntülər böyük qalmaqala səbəb olub. Qeyd olunur ki, qətl hadisəsi qısqanclıq səbəbilə törədilib.
Faktla bağlı Regional İstintaq Komitəsinin Xüsusi Vacib İşlərin İstintaqı üzrə Birinci İdarəsi qatilə qarşı cinayət işi açıb. O, Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "d" bəndi (xüsusi amansızlıqla törədilmiş adam öldürmə) və RF 22-ci maddəsinin 1-ci hissəsi (Qanunsuz olaraq odlu silah saxlama) ilə cinayətlər törətməkdə şübhəli bilinir.