Sumqayıtda silsilə oğurluqlar  edənlər saxlanıldı
16 avqust 2025 13:38 (UTC +04:00)

Sumqayıtda silsilə oğurluqlar edənlər saxlanıldı

Sumqayıt şəhərində oğurluq hadisələri qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxslər ayrı-ayrı vaxtlarda evlərdən məişət əşyaları, su qızdırıcı və təmir alətlərini talayıblar. 

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş 37 yaşlı  Ş.Əhmədov və 36 yaşlı M.Ağayev müəyyən edilərək saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar