Goranboyda yanğın törədən kəndli saxlanıldı
16 avqust 2025 09:23 (UTC +04:00)

Goranboyda yanğın törədən kəndli saxlanıldı

0

İyul ayının 8-də Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

K. Əlirzayev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1576

Oxşar yazılar