İndoneziyalı gənc düyübişirən elektrik qazanından boşanması ilə dünyada məşhur olub.
Lent.az-ın fransız mətbuatına istinadən verdiyi xəbərə görə, gənc bir neçə həftə əvvəl qazanla “evlənib”.
Sosial şəbəkədə o, “arvadının” sakit, təmiz və sözəbaxan olduğunu, az danışıb çox işlədiyini yazmışdı.
Sonuncu statusda isə “ideal partnyor yopxdur” deyib.
Gəncin bu davranışı ciddi marağa səbəb olub və onun sosial media hesabına minlərlə şərh yazılıb.
Şərhlər içərisində yaşlı bir qadının münasibəti də maraqlı olub: “Evliliyin zəhmətinə qatlanmaq hər kəsin hünəri deyil”.