Arıqlamaq üçün  yeni dərman   hazırlandı
06 aprel 2023 19:46 (UTC +04:00)

Arıqlamaq üçün yeni dərman hazırlandı


Bir çox insanlar artıq çəki problemindən əziyyət çəkir və düzgün bəslənməyə və artan fiziki fəaliyyətə diqqət yetirərək bədənlərini və sağlamlıqlarını formalaşdırmaq üçün hər cür səy göstərirlər. Lakin Pensilvaniyadakı tədqiqatçılar bu əlavə çıkilərdən qurtulmanıza kömək edə biləcək yeni bir dərman hazırlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, nəticələr Amerika Kimya Cəmiyyətinin ACS Spring 2023 toplantısında təqdim olunub.

Alimlərin fikrincə, yeni dərman mədə həcmini azaltmaq üçün bariatrik cərrahiyyə ilə müqayisə edilə bilən çəki itirməyi təmin edə bilər, eyni zamanda arıqlamaq və diabet üçün müasir dərmanlarla əlaqəli ürəkbulanma və qusmaya səbəb olmaz.

Mədə şuntlama əməliyyatı və digər oxşar əməliyyatlar obez xəstələrə davamlı kilo verməyə və hətta tip 2 diabetdən qurtulmağa imkan verir. Ancaq bu əməliyyatlar risklidir və hər kəs üçün uyğun deyil. İştahınızı azaltmağa kömək edən dərmanlar da var, ancaq bir sıra yan təsirləri olur.

Onlardan xilas olmaq üçün yeni tədqiqatın müəllifləri PYY peptidinin iki reseptorunu, həmçinin GLP-1 peptidi üçün reseptoru aktivləşdirən peptid yaradıblar. GEP44 adı verilən bu birləşmə, kök siçovulların adi haldan 80 faiz az yeməsinə səbəb olur.

Təcrübənin nəticəsi göstərib ki, 16 gündən sonra gəmiricilər çəkilərinin orta hesabla 12 faizini itiriblər - GLP-1 qəbul edən siçovullardan üç dəfə çox, onlar da qusma və ürəkbulanma keçirməyiblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388
avatar

Oxşar yazılar