Zümrüd Bədəlova avtomobil qəzası keçirdi - VİDEO
07 iyul 2021 04:30 (UTC +04:00)

Zümrüd Bədəlova avtomobil qəzası keçirdi - VİDEO

Aparıcı Zümrüd Bədəlova avtomobil qəzası keçirib.

Lent.az "axsham.az"a istinadən xəbər verir ki, bu barədə aparıcı "Instagram" hesabında məlumat verib.

O bildirib ki, özünü piss hiss etdiyi üçün avtombili yolun kənarında parklayıb:

"Özümü yaxşı hiss etmədim və maşını sağda saxladım. Qırmızı avtomobilin sürücüsü bilmirəm yatmışdı, ya nə edirdisə, o boyda maşını görmədi.

Şeytan özü gəlir tapır adamı. Burnum, alnım, üzüm getdikcə şişir, çatlayıb. Amma insanlar mənə güvənib, toyunu həvalə edib. Hiss etdirmədən səhnəyə çıxdım. Budur həyatım. Ay bəxtəvərlik verənlər, çörək pulu dalınca qaçırıq, bu da sonu. Bəlkə də beynim silkələnib, amma həkimə yox, toy aparmağa gəlmişəm. Arzu edirsiniz bu yaşamı? Gəlin verim sizə".

 

# 5331
avatar

Oxşar yazılar