Niyam Salami
07 mart 2022 11:14 (UTC +04:00)

Niyam Salami

"Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Kərim Abbasov..." - Niyam həmkarı barədə nələr dedi?

Müğənni Niyam Salami “Şourum” verlişində küsülü olduğu həmkarı Kərim Abbasov haqqında danışıb. 

Lent.az xəbər verir ki, Salami bir vaxtlar çox yaxın olduğu, indi incidiyi Kərimlə barışıq suallarına sərt cavab verib: 

“İki dəfə aramızda barışıq olub, amma nəticə olmadı. Barışım, sonra yenə küsüm… Yenə küsəcəmsə, onda nə edim? Zülfiyyə Xanbabayeva, Faiq Ağayev üçün dedilər, efirdə barışıq elan olunsun. Zülfiyyə xanım dedi ki, tamaşaçıya görə əl verim barışım, amma o deyil axı... Sonrası var, dəqiqələr, saniyələr... Cavabını verməlisən. Dava edəndə gərək barışıq üçün yer qoyasan". 

Xatırladaq ki, Kərim Niyam haqda sərt sözlər deyərək, ondan küsdüyünü və harada görsə, onu döyəcəyini açıqlamışdı. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3768
avatar

Oxşar yazılar