Türkiyəli aktyor Mert Yazcıoğlu və sevgilisi, aktrisa Dilan Çiçek Deniz ilk tətillərinə çıxıblar.
Lent.az xəbər verir ki, bu yaxınlarda münasibətə başlayan cütlük Maldivlərə yollanıb.
Məlumata görə, orada qaldıqları dəbdəbəli “Club Med Finolhu” villasının bir gecəsi 39 min lirədir (təxminən 3 min 400 manat).
Cütlük bir-birinin şəkillərinə çəkərək şəxsi instaqram hesablarında paylaşıblar.
Qeyd edək ki, Mert Yazcıoğlu qısa zaman öncə aktrisa Afra Saraçoğlu ilə 4 illik münasibətinə son qoyub. Aktyor Dilan Çiçek ilə 3 aya yaxındır ki, birlikdədir.