Türkiyənin məşhur aktrisası Hande Erçelin istirahətə xərclədiyi pulun məbləği bəlli olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bacısı Qamze Erçel və dostlarıyla tətilə yollanan aktrisa 1 həftəlik 30 metr sahəsi olan yaxta kirayələyib.
O, bunun üçün 2 milyon lirə ödəyib.
Qeyd edək ki, Erçelin bacısı tez-tez istirahətindən görüntüləri sosial şəbəkədə paylaşır.