Yadplanetliyə oxşamaq üçün dəfələrlə  əməliyyat   etdirdi
06 noyabr 2023 16:18 (UTC +04:00)

Yadplanetliyə oxşamaq üçün dəfələrlə əməliyyat etdirdi

Fransalı Antoni Loffredo yadlanetliyə bənzəmək üçün bədəninə xeyli zərər verib.

Lent.az-ın xarici mediaya istinadən  xəbərinə görə, o burnunu, dodaqlarını, qulaqlarını kəsdirib, gözlərinin içi də daxil olmaqla bütün bədəninə tünd rəngli döymələr vurdurub.

Özünü yerli hiss etmədiyini, bunun üçün maksimal dərəcədə yadplanetliyə oxşamağa çalışdığını bildirən Loffredo bu yolda dilini və barmaqlarını da qurban verməyə hazırdır. Özünü “qara yadplanetli” adlandıran 35 yaşlı Loffredo vücudunun hələ yalnız 60 faiz  bənzərlik təşkil etdiyini, özünü transformasiya etmək üçün xeyli işlər görməli olduğunu deyib.

O yaxın gələcəkdə əl və ayaq barmaqlarını kəsdirib onların sayını beşdən ikiyə endirmək niyyətindədir.  Baş  və qol dərsinin altına çoxlu sayda dolğular yeridərək qəribə formalara salmış fransız bu layihəsini insanlığın sərhədlərini dəyişdirmək istəyi ilə də əlaqələndirib.  

Sosial şəbəkədən gələn gəlir hesabına yaşayan fransız əlinə keçən pulları yeni əməliyyatlara sərf edir. O, dəyişikliyini qəbul etməyən adamlara deyib: “Cinsiyyətini dəyişənlərə normal baxırsınız, mən də görünüşümü istədiyim formaya salmaqda azadam”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4779
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar