"Həyat yoldaşımı hədsiz çox sevirdim. Özümü atmışdım ikinci plana. Həmin ərəfədə efirə də çıxmadım ki, insanlar görməsin. Depressiyada idim".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbər-ətər" proqramında deyib.
Həyat yoldaşı Elçin Məmmədovdan danışan ifaçı onu qısqandığına görə psixoloq yanına getdiyini açıqlayıb:
"Həyat yoldaşım yatırdı, gedirdim, telefonuna girirdim. Psixoloq yanına getdim. Xanımlara deyirəm ki, qısqanmayın. Axtarsanız, nəsə tapacaqsınız. Özünüzün və onun həyatını məhv etməyin. Psixoloqa dedim ki, yaşaya bilmirəm: düşünürəm ki, nə edir, haradadır. Başa saldı ki, özgüvənsizlikdəndir. Hətta onun telefonuna proqram da yükləmişdim ki, güdüm".
Qeyd edək ki, Elçin və Xuraman cütlüyünün dörd övladı var.
Xuraman Şuşalı və ailəsi