Aktrisa Xəyalə Quliyevanın ayağı sınıb.
Lent.az-ın məlumatına görə, X. Quliyeva bu haqda "ATV"də yayımlanan "Zaurla Günaydın" proqramında deyib. Verilişə axsaya-axsaya gələn aktrisa hazırda ayağının gipsdə olduğunu dilə gətirib.
O, verilişdə çıxışı zamanı "Hündürdabanda idim, ayağım burxuldu və sındı", deyə vurğulayıb.