Bir müddət öncə ikinci dəfə insult keçirən meyxanaçı Ağakərimdən (Kərim Novruzov) xəbər var.
Lent.az-a açıqlama verən söz ustasının oğlu Kamil atasının sağlamlığından danışıb: “Səhhətində heç bir müsbət irəliləyiş yoxdur. Olduğu kimi qalır. Xəstəxanaya aparmırıq, həkimlər özləri evə gəlir, müalicələrini yazıb gedirlər. Ev şəraitində müalicələri davam edir. İnşallah, yaxşı olar”.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.