Rövşanə Xoşqədəmə söz atdı: <span style="color:red;">"Ürəyim getsə, verilişimə reytinq gələcək"
18 may 2015 14:46 (UTC +04:00)

Rövşanə Xoşqədəmə söz atdı: "Ürəyim getsə, verilişimə reytinq gələcək"

ANS-də yayımlanan “Günə baxan” verilişində aparıcılar Xoşqədəm Hidayətqızı ilə Rövşanə Asəfqızı arasında gərgin anlar yaşanıb. 


Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, R.Asəfqızı son günlər efirlərdə aktual olan “ürəkgetmə” məsələsinə münasibət bildirib: 

“Hansısa bir problemi efirə gətirib, müzakirə etmək reytinq vermir. Çalışırıq, layihə edirik, sonra da həyəcanla reytinqi gözləyirik. Efirdə saçımı yolsam, yıxılsam, ürəyim getsə, verilişimə reytinq gələcək. Ürəkgetmə dəbdir. Bazar günü verilişdə Kamranla dava edəcəm, ürəyim gedəcək (gülür)”. 

Bir neçə gün əvvəl canlı yayımda ürəyi gedən X.Hidayətqızı həmkarının bu açıqlmasına əsəbləşib. O, eyni zamanda ATV-də yayımlanan “Mənə bir az ondan danış” verilişinin reytinq cədvəlində “Xoşqədəmlə axtarıram səni”dən üstün olmasına da münasibət bildirib: 

“Mən çal-çağır oynamıram. Sizin kimi oturub reytinq gözləmirəm. Ürəkgetmə reytinq gətirmir. Mənim layihəm beş ildir reytinq verib, verəcək də. 20 ildir Rusiyada yayımlanır və izlənilmə sayına görə birincidir. Reytinq cədvəlində birinciyəmsə, bu o demək deyil ki, izlənirəm. Mənə 80 min insan müraciət edir. Sosial şəbəkədə nə qədər adam yazır. Reytinq budur. ANS-dəki ilk efirim reytinqdə birinci oldu. O biri həftə siyahıda aşağıda idik. Mən başa düşmürəm ki, proqramın “Youtube”da yerləşdirilən buraxılışı çox izlənir, tamaşaçı müsbət rəylər yazır, amma reytinq toplamır? Əgər mənim layihəm reytinq verməzsə, onu bağlayaram. Bu məsələdən sonra insanlar arasında sorğu keçirdim. Əvvəl 2500 adamdan soruşduq ki, “Bazar günü hansı verilişə baxdınız?”. Nəticələr dəhşət idi. Bu həftə isə on min insandan soruşacağıq. Buna nə qədər vəsait xərcləyirəm. 400 evə reytinq aparatı qoymaqla, baxımlı verilişi müəyyənləşdirmək mümkün deyil”. 

“Başqa kanalda işləyəndə reytinqlər yüksək idi. Əgər əl uzadılırdısa, onda sözügedən telekanalda işləyəndə də bunu özləri edirdilər də”, - deyə, R.Asəfqızı bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Oxşar yazılar