Tanınmış azərbaycanlı müğənninin qardaşı ilə bağlı gözlənilməz xəbər yayılıb. Lent.az milli.az-a istinadən xəbər verir ki, iddiaya görə, bir vaxtlar hətta özünə toy edən tanınmış stilist Balaş obrazını dəyişdirərək "qız" olub. Bu barədə saytın oxucularından biri stilistə aid olduğunu iddia etdiyi fotoları da göndərib.
Lent.az-ın axşam.az- istinadən xəbərinə görə, Balaş fotoların ona aid olmadığını deyərək, ittihamları gülünc adlandırıb: “Bu xəbəri yayanların əlində faktlar var? Sadəcə, gülməlidir. Kiminsə fotosunu götürüb, mənimki kimi təqdim ediblər. İnanmayan gəlib mənim fotolarımı çəkib yaya bilər. Kimsə qəsdən belə bir şey etdirib. Məncə Xatuna görə edilib”.
Bildirək ki, sözügedən stilist tanınmış müğənni Xatun Əliyevanın qardaşıdır. Balaş 2011-ci ildə Gülnar adlı xanımla ailə həyatı qurmuşdu.