Ağadadaş Ağayev fiziki qüsurlu qızından danışıb
25 sentyabr 2015 16:26 (UTC +04:00)

Ağadadaş Ağayev fiziki qüsurlu qızından danışıb

 

“Günəbaxan" verilişinin qonağı olan xalq artisti Ağadadaş Ağayev qızı ilə bağlı etiraf edib.


Lent.az-ın axşam.az-ın məlumatına görə, fiziki və əqli qüsurlu uşaqlardan söz açan xalq artisti onun da qızında müəyyən problemlərin olduğunu deyib:

"Mənim Şəkidə yaşayan, fiziki və əqli qüsuru olan bir pərəstişkarım var. Uşağın valideynlərindən xahiş etdim ki, onu Bakıya gətirsinlər. Üç gün qonağım oldu. Bayramı onunla keçirdim. Mənim qızımda da problemlər var. Kimin fiziki və əqli imkanları yoxdursa, onları qüsurlu saymıram. Onlar cənnətlikdirlər. Kimin evində belə uşaq varsa, onların qapısı cənnətə açılır. Çünki belə uşaqlar çirkin əməllərdən uzaq, mələklərdir. Onları xəstə saymıram. Belə uşaqların valideynləri Allahın sevimli bəndələridir. Onlara diqqət göstərməliyik. Hər yerdə başda otuzdurmalıyıq. Bu cür övladların bayramını təbrik edirəm. Mən hər il ad günümü qüsuru olan uşaqlar evində keçirirəm".

Qeyd edək ki, A.Ağayevin 4 oğlu, bir qızı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar