Türkiyənin tanınmış aktyoru dünyasını dəyişib.
Lent.az-ın “sözcü”-yə istinadən məlumatına görə, sənətçi bu gün səhər saatlarında evində ölüb. Aktyor bu yaxınlarda xərçəng olduğunu öyrənmişdi və müalicə alırdı.
Bildirək ki,1946-cı ildə İstanbulda anadan olan Ayberk Atilla İstanbul Universitetində təhsil alıb. Sənət karyerasına 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayıb. Müxtəlif illərdə Türkiyənin bir neçə teatrında çalışıb.
A. Atilla “Seksenler”, “Leyli və Məcnun” “Hürrəm Sultan” kimi məşhur seriallarda, o cümlədən “Sən işıldaquş gördün?”, “Orqanize işlər”, “Yuxu kimi” filmlərdə müxtəlif obrazlar yaradıb. O son olaraq, Star Tv-də yayımlanan "Kiralık Aşk" teleserialında rol alıb.