1992-ci ildə Türkiyə gözəli seçilmiş Banu Sağnak vəkil sevgilisi Çağatay Ertenlə nikah masasına oturmağa hazırlaşır.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, cütlüyün toy mərasimi iyulun 17-də olacaq.
İtaliyada baş tutacaq mərasimdən əvvəl Banu üçün Türkiyədə "bekarlığa əlvida" gecəsi keçirilib. Gecədən fotoları qonaqlar sosial şəbəkədə paylaşıb.