Müğənni Röya və prodüser Tolik arasında olan soyuq müharibə davam etməkdədir. Lent.az-ın məlumatına görə, müğənni Röya İnstagram səhifəsində oğlu Hüseynin şəkilini paylaşmasına prodüser Tolik münasibət bildirib. O, Röyanın paylaşdığı şəklin altına bu şərhi yazıb. “Qusikim mənim, sənin üçün necə darıxmışam. Anan rəhmətə getsəydi, səni doyunca görərdim”.