<span style="color:red;">Tolik:  "Röyaya görə "Hammer"i "zaloq" qoydum"
22 sentyabr 2015 16:12 (UTC +04:00)

Tolik: "Röyaya görə "Hammer"i "zaloq" qoydum"

Prodüser Tolik (Tarix Əliyev) hazırda küsülü olduğu müğənni Röya Ayxan barəsində maraqlı açıqlama verib.

 

Lent.az-ın məlumatına görə, ANS-in “Şokolad” verilişinə qonaq olan prodüser bildirib ki, illər öncə Röyaya görə maşınını banka girov qoyub: “Maşınımı satıb, Sevil-Sevincə, Eltona konsert keçirmərəm. Amma Röya Heydər Əliyeva adına İdman Kompleksində konsert verəndə pul çatmadı. Konsertdən sonra “Hammer”imi “zaloq” qoydum, 30 min manat pul götürdüm. Azərbaycanda heç bir prodüser sənətçisi üçün bunu eləməz. Röya isə o pulu 1 ay sonra mənə qaytardı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar