Meqastar Tarkan sentyabrda çıxacağı konsertləri Türkiyədə 15 iyul – hərbi çevrilişə cəhd hadisələrində şəhid olanların xatirəsinə həsr edəcəyini açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 3, 4, 6, 7, 9 və 10 sentyabr tarixlərin Harbiye səhnəsində 6 konsert verəcək.
Tarkan, bu konsertlərdən əldə olunacaq gəlirin “Demokratiy şəhidləri”nin ailələrinə və yaxınlarına bağışlanacağını söyləyib.
Sosial media istifadəçiləri sənətçinin bu addımını alqışalayiq hərəkət kimi qiymətləndiriblər.