Mahnıları və bəstələriylə 70-ci illərin məşhur müğənnisinə çevrilən Aydın Tansel evində ölü tapılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Bodrumdakı evində infarktdan dünyasını dəyişib. 71 yaşlı A.Tanselin uzun müddət görünməməsi qonşularını şübhəyə salıb.
Dərhal polisə müraciət edilib və müğənninin evinin qapısı sındırıldıqdan sonra onun cəsədi çarpayısında tapılıb. Sənətçinin ölüm xəbəri dostlarını və fanatlarını kədərləndirib.