Türkiyəli aparıcı Özləm Yıldız modelyer Barış Avcının butikində keçirdiyi qonaqlıqda modellik edib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Avcının kolleksiyasındakı libasları geyinən Özləm gecənin sonunda podiuma gəlinliklə çıxıb.
Dəfilədən sonra sualları cavablandıran Yıldız yenidən gəlinlik geyinmək istədiyini deyib:
"Oğlum Demir qardaş istəyir. Bunu cavabsız qoya bilmərəm. O nə istəyərsə, edərəm".