Müğənni Sərdar Ortaç həyat yoldaşı, model Kloe Louqhanla yollarını ayıra bilər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl Mayamiyə gedən Kloe geri dönmək fikrində deyil.
Sərdar xanımının ardınca ABŞ-a getsə də, amma Türkiyəyə tək qayıdıb.
Qeyd edək ki, S.Ortaçın uşaq istəməsinə qarşı çıxan Kloe sənətini davam etdirmək üçün Mayamidən gələn bir təklifi qəbul edib və orada yaşamaq qərarına gəlib. Müğənninin qarşısına isə: "Ya mənimlə gəl, ya da biz ayrılacağıq", - şərtini qoyub.