Şahrux Xan “Pokemon” oyununa görə hava limanında saxlanılıb
12 avqust 2016 15:42 (UTC +04:00)

Şahrux Xan “Pokemon” oyununa görə hava limanında saxlanılıb

 

Hindistanlı dünya şöhrətli aktyor Şahrux Xan Los-Anceles hava limanında saxlanılıb.

 

Lent.az-ın məlumatına görə,  "Pokemon" oyunu oynarakən şübhə doğuran aktyor ötən gecə Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən dindirilib.

 “Dünyada təhlükəsizlik üçün atılan addımlara da hörmət edirəm. Amma hər dəfə Amerika Miqrasiya Xidməti tərəfindən saxlanılmaq məni bezdirir” - deyə, Şahrux Xan  özünün şəxsi “Twitter” hesabında yazıb.

Bolivud ulduzunun dediyinə görə, vaxt keçirmək üçün o, məşhur oyunu oynamaq istəyib.

Lakin Şahrux Xanı tanımayan hava limanının əməkdaşlarından biri onun hərəkətlərini şübhəli bilib və bu barədə mühafizəçilərə məlumat verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273
avatar

Oxşar yazılar