Türkiyəli müğənni Rafet El Roman bu gün Bakıya gəlir.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi sabah Heydər Əliyev Sarayında konsert verəcək.
Gecənin təşkilatçısı Nahid Emiloğlu bildirib ki, Rafet saat 20:00-da hava limanında olacaq:
“Sabah möhtəşəm konsert baş tutacaq. Rafetlə birlikdə orkestrı da paytaxtımıza gəlir. Müğənni sevilən mahnılarını canlı səsləndirəcək".
Aparıcılığını Nanə Ağamalıyevanın edəcəyi gecədə dicey Roşka da qonaq olacaq.