Müğənni Özcan Dəniz yeni filmi üçün aktrisa Beren Saata təklif göndərib.
Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, Özcan rejissoru olduğu "Evim sensin" və "Su ve Ateş" filmlərində də baş rolda Bereni görmək istəmişdi. Ancaq aktrisa təkliflərə qarşılıq verməmişdi.
Bu dəfə daha iddialı olan Ö.Dəniz növbəti filmində aktrisanın oynaması üçün bütün şərtlərə razıdır.
B.Saat ailə qurduqdan sonra sənətinə ara versə də, təkliflər bununla bitmir. Belə ki, ərəb firması "O3" onlarla işlədiyi təqdirdə sənətçiyə 2 milyon dollar qonorar vəd edib.
Serialları ilə Berenə şöhrət qazandıran "Ay Yapım" şirkəti isə ona iki filmin ssenarinisi təqdim edib.