Tanınmış italiyalı aktrisa Ornella Muti İrəvana səfərə gəlib. Lent.az-ın news.am-a istinadən verdiyi xəbərə görə, 60 yaşlı dünya şöhrətli aktrisa bu gün İrəvanda start götürəcək “Qızıl Ərik” kinofestivalına fəxri qonaq qismində dəvət edilib.
İrəvan aeroportunda jurnalistlərlə qısa söhbət etdikdən sonra Ornella Muti avtomobilə əyləşərək otelə yollanıb.
Onun bu gün “Qızıl Ərik” kinofestivalının açılışından öncə mətbuat konfransı keçirəcəyi gözlənilir.